Xəbər lenti

Azərbaycan üçün xəbərdarlıq - Təhlükə var
Ölkə06:39 20.09.2016

Azərbaycan üçün xəbərdarlıq - Təhlükə var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda daşqın təhlükəsi var".
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, ölkə ərazisində intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. Onun sözlərinə görə, daşqınlar əsasən, Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.
E.Əlizadə qeyd edib ki, bundan sonra sellərin olma ehtimalı azdır: “Çaylarda da hazırda gursululuq dövrüdür. Yağışlar uzun müddətli olsa, daşqınlar ola bilər”.
Qaynarinfo.Az