Xəbər lenti

Azərbaycan Ukrayna və Rusiya arasında seçim etdi
Siyasət05:29 28.03.2014

Azərbaycan Ukrayna və Rusiya arasında seçim etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT-nin Baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalib. Qətnamənin əleyhnə  Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venüsuela və Zimbave səs veriblər. Azərbaycan isə lehinə səs verən ölkələr arasındadır. Keçmiş Sovet respublikalarından Qazaxıstan və Özbəkistan isə bitərəf qalıb.

Qırğızıstan, Tacikistan və Tükmənistan isə səs verməyiblər. Beynəlxalq Valyuta Fondu  isə bundan əvvəl Ukraynaya  2 il ərzində 14-18 milyard dollarlıq kredit ayrımaq qərarına gəlib. Ümumilikdə isə beynəlxal aləm Ukraynaya 27 milyard dollarlıq kredit vəd edir.

Beynəlxalq Valyuta Fondunun icra komitəsi bu barədə apreldə yekun qərar verməlidir.

Azadliq.org