"Mən əməkdaşlarımızın təxliyəsi ilə məşğul olacağam".
Qaynarinfo xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib.
Səfir qeyd edib ki, artıq xarici işlər naziri diplomatların ailələrinin və bəzi diplomatların Bakıya təxliyəsinə icazə verib.
Elmira Axundova vurğulayıb ki, səfirlikdə olan qadın diplomatlar təxliyə olunacaq.