Xəbər lenti

Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərildi
Ekonomiks 11:09 08.08.2026

Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərildi

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və daş kömürü daşıyan 25 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

Qaynarinfo xəbər verir ki, tədarükə 15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət, çəkisi 700 ton olan daş kömür daxildir.

Yük Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->