Xəbər lenti

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri Moskvada görüşdü
Siyasət15:34 24.12.2021

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri Moskvada görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra Moskvada ilk görüşü keçirilib.
Bu barədə TASS məlumat yayıb. Görüş zamanı iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.
"Dekabrın 23 və 24-də Moskvada Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.