Siyasət 12:42 04.07.2022

Azərbaycan və İran xarici işlər nazirləri görüşdü (YENİLƏNİB)

İranın paytaxtı Tehranda rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Qaynarinfo xəbər verir ki, Hüseyn Əmir-Abdullahian C.Bayramovu XİN binasının önündə qarşılayıb.

Nazirlər iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

08.35
 
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti tviterdə məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ceyhun Bayramov səfər çərçivəsində İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.