Siyasət 23:55 18.04.2023

Azərbaycan və Norveçin Türkiyədəki səfirləri görüşdü

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Norveçin Ankaradakı səfiri Erlinq Skyonsberq ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə səfir tviterdə paylaşım edib.

Görüş zamanı Azərbaycan-Norveç münasibətləri, regional və qlobal siyasət məsələləri müzakirə edilib.