Xəbər lenti

Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı antiterror tədbirlərini müzakirə etdi (YENİLƏNİB)
Siyasət 23:29 22.09.2023

Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı antiterror tədbirlərini müzakirə etdi (YENİLƏNİB)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə Qarabağ bölgəsindəki antiterror tədbirlərini müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
 
21:12
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş başlayıb.

"Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün telegram kanalında bildirib.

Diplomat qeyd edib ki, danışıqlar rəsmi Bakının Qarabağda Rusiya sülhməramlılarının ölümünə görə üzrxahlıq etməsi ilə başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->