Xəbər lenti

Azərbaycan və Türkiyə prezidentləri görüşdü - YENİLƏNİB
Siyasət11:52 12.11.2013

Azərbaycan və Türkiyə prezidentləri görüşdü - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gülün görüşü olub.

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olunub.

Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər.

13:14

Türkiyəyə rəsmi səfərə gedən Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul edilib.

APA-nın "Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çankaya köşkündə rəsmi qarşılama mərasimi keçirilib. İlham Əliyev və xanımı  Mehriban Əliyeva Abdulla Gül və xanımı Hayrunnisa Gül tərəfindən qarşılanıb. Rəsmi mərasimdən sonra ikitərəfli görüş başlayıb. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
 
İki gün davam edəcək səfər zamanı müxtəlif sahələrə aid sazişlər və protokollar imzalanacaq. Tərəflər regional və qlobal məsələlər ətrafında məsləhətləşmələr aparacaqlar. İ. Əliyevə A. Gül tərəfindən "Dövlət nişanı” təqdim ediləcək. 
 
Bu gün axşam Azərbaycan prezidentinin şərəfinə ziyafət veriləcək. Ziyafətə baş nazir Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

Qaynar.info