23 fevral tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) ilə Uluslararası Nakliyeçiler Derneği (UND) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.Mühüm strateji əhəmiyyət daşıyan Memorandum - UND Başkanı Şerafettin Aras və AGTL-in Logistika Komitəsinin sədri Paşa Paşayev tərəfindən imzalanmışdır.
Sənəd Azərbaycan–Türkiyə xətti üzrə logistika və tranzit əlaqələrinin daha da gücləndirilməsi, daşıma proseslərinin sürətləndirilməsi və biznes subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsi məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər logistika sahəsində müasir rəqəmsal həllərin tətbiqi, tranzit mexanizmlərinin təkmilləşdirilməsi, təcrübə və məlumat mübadiləsi, həmçinin birgə layihələrin icrası istiqamətində əməkdaşlıq edəcəklər. Bundan əlavə, Orta Dəhliz üzrə yük axınlarının artırılması və regionda nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.
Tərəflər bu sənədin iki qardaş ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə və logistika sahəsində yeni mərhələnin başlanmasına töhfə verəcəyini bildiriblər.
Şərhlər