Xəbər lenti

Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi
Ölkə11:57 26.03.2021

Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.
Qaynarinfo-nun Unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə İstanbul şəhərində Beşiktaşda yerli vaxtla saat 23:00 radələrində baş verib.
Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.
Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.