Xəbər lenti

Azərbaycan vətəndaşlığını qəbul edən çinli qardaşlarla bağlı maraqlı fakt
Ölkə13:24 10.02.2025

Azərbaycan vətəndaşlığını qəbul edən çinli qardaşlarla bağlı maraqlı fakt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıya köçən və Azərbaycan vətəndaşlığını qəbul edən çinli Lin Aydın Qarabağda hərbi xidmət keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə məlumat paylaşıb.
Lin Aydınla fotosunu paylaşan QHT rəhbəri onun Kəlbəcərdə xidmət etdiyini, 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı isə Qubadlıda olduğunu qeyd edib.
Bildirilib ki, Lin Aydının qardaşı da hazırda Azərbaycan ordusunun sıralarında  - Qarabağ bölgəsindəki N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçir.
Qeyd edək ki, Azərbaycana köçərək ölkəmizin vətəndaşlığını qəbul edən qardaşların valideynləri Çində yaşayırlar.