Xəbər lenti

Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik
Siyasət 20:01 02.01.2025

Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik

ABŞ-nin Nyu Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.


Qaynarinfo xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin "X”dəki hesabındakı paylaşımda yer alıb.


"Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğunbütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik", - XİN-dən bildirilib.


Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->