Xəbər lenti

Azərbaycan XİN-dən Qəzzada atəşkəslə bağlı açıqlama
Siyasət12:38 16.01.2025

Azərbaycan XİN-dən Qəzzada atəşkəslə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.
"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.