Xəbər lenti

Azərbaycan XİN Yəməndə atəşkəsin elan edilməsini alqışladı
Siyasət17:29 11.04.2020

Azərbaycan XİN Yəməndə atəşkəsin elan edilməsini alqışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşin dayandırılmasını alqışlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter”dəki səhifəsində deyilir.
"Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.