Naxçıvan televiziyasının sabiq əməkdaşı, jurnalist, yazıçı, dramaturq, publisist, filoloq Bayram İsgəndərli vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, jurnalist, yazıçı, dramaturq, publisist Bayram Məmməd oğlu İsgəndərli (İsgəndərov Bayram Məmməd oğlu) 17 iyul
1943-cü ildə Naxçıvan şəhərində anadan olub.
Naxçıvan şəhərində Üzeyir Hacıbəyov adına 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. Bayram İsgəndərli 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, həmçinin də Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
1971-1973-cü illərdə Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin radio redaksiyasında redaktor, şöbə müdiri olub. Bayram İsgəndərli daha sonra Naxçıvan MR Nazirlər Sovetində təlimatçı, Mətbuatda Dövlət sirlərini mühafizə edən Baş İdarənin müvəkkili, Naxçıvan MR Teleradio Komitəsində baş redaktor, Naxçıvan Özəl Universitetində müəllim, "Lider Media Holdinq” MMC-in "Dublyaj” redaksiyasında redaktor kimi fəaliyyətini davam etdirib.
Şərhlər