Xəbər lenti

Azərbaycana idxal həcmi 490 milyon dollar azalıb
Ekonomiks17:41 29.04.2017

Azərbaycana idxal həcmi 490 milyon dollar azalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ötən illə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycana idxalın həcmi 490 mln. ABŞ dolları həcmində azalıb”.

"Qaynar" “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) Maliyyə, tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

M.Vahabovun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçılarının sayı artıb: “Əgər 4 ay əvvəl xarici ticarət fəaliyyəti ilə məşğul olanların sayı 6 min idisə, bu gün həmin rəqəm 14 mindən çoxdur”.

DGK rəsmisi deyib ki, ötən 3 ay ərzində Azərbaycana 554 min turist gəlib. 

Qaynar.Az