"Jirinovski ölüb deyə, indi də göbələk kimi hər yerdən yeni jirinovskilər çıxır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı Bakıya raket zərbələrinin endirilməsini təklif edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin eksperti Mixail Aleksandrovun açıqlamasına münasibət bildirərkən deyib.
"Sərsəm-sərsəm danışan, psixoloji problemi olan adamların fikrinə rəy bildirməyin tərəfdarı deyiləm. Amma hər halda Azərbaycan rəsmi olaraq Rusiyanın Bakıdakı səfirliyinə bununla bağlı mövqeyini bildirməlidir. Ən azından Rusiya xüsusi xidmət orqanları və ya aydiyyatı digər qurumlar həmin təlxəyi çağırıb, belə bəyanat verməkdə məqsədinin nə olduğunu aydınlaşdırmalıdır.
Bu hal bir daha sübut edir ki, Rusiya regionumuzla bağlı hələ də işğalçı düşüncədədir. Ona görə də onlardan sülhməramlı olmaz. Jirinovski ölüb deyə, indi də göbələk kimi hər yerdən yeni jirinovskilər çıxır. Amma Azərbaycan atalar sözündə olduğu kimi, "hürən it dişləməz”.
"Rusarminfo” nəşrinin yazdığına görə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov sərsəm açıqlama ilə çıxış edərək bildirib ki, Rusiya Bakıya raket zərbələri endirsin:
"Rusiya Bakıya raket zərbələri endirməli, ölkənin neft sənayesini bombalamalı və infrastrukturunu məhv etməlidir”.
Rüfət Sultan