Xəbər lenti

Azərbaycanda 140 qanunsuz miqrant saxlanıldı
Ölkə15:00 04.12.2018

Azərbaycanda 140 qanunsuz miqrant saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 əcnəbi saxlanılıb. Onlardan üçü Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.
DMX-dən Qaynarinfo-ya verilən məlumata görə, saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər 26-nın isə Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!