Xəbər lenti

Azərbaycanda 3,5 milyon manata şadlıq sarayı satılır
Ekonomiks 17:00 05.08.2026

Azərbaycanda 3,5 milyon manata şadlıq sarayı satılır

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

Qaynarinfo iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "Əzizə" şadlıq sarayıdır.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir. 

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->