Xəbər lenti

Azərbaycanda 39 dərəcə isti qeydə alındı
Ölkə05:39 07.06.2024

Azərbaycanda 39 dərəcə isti qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.