
2017-2018-ci illərdə Azərbaycanda 5 sərhədyanı avtovağzal tikiləcək.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Elnur Abdullayev bildirib.
O qeyd edib: "Biz artıq hökumətə layihələr təqdim etmişik və layihə bəyənildikdən sonra avtovağzalların tikintisinə başlayacağıq. Hər avtovağzalın dəyəri iki milyon manat olacaq".