Ötən gün aktyor Kamran Ağabalayevin senari müəllifi və rejisoru olduğu "Ağacdələn” filminin təqdimatı baş tutub.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, gecədə bir sıra sənətçilər və müxtəlif biznes nümayəndələri iştirak ediblər.
Aktyor tədbirə oğlu və həyat yoldaşı ilə qatılıb.
Son illərdə sosial və ictimai problemləri hədəf lan filmdə Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbra, Elcan Rəsulov, aktrisa Zarina Qurbanova rol alıb.
K.Ağabalayev filmin büdcəsi haqda məlumat verərkən ekran işinə çox maliyyə sərf olunmadığını söyləyib:
"Bu filmin büdcəsi 98 manatdır. Hər kəs demək olar ki, təmənnasız yardım göstərib. Deməli, büdcə olmadan da nəsə etmək olar”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər