Xəbər lenti

Azərbaycanda abortlarla bağlı - ŞOK STATİSTİKA
Ölkə13:10 17.09.2014

Azərbaycanda abortlarla bağlı - ŞOK STATİSTİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abort etdirənlər arasında yenyetmələrin sayı da az deyil.

Son illər abort etdirənlərin böyük əksəriyyəri 25-29 yaş arası xanımlardır. Ötən illərlə müqayisədə abort etdirənlər yalnız 2012-cü ilə nisbətən azalıb. 

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzNews.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ötən il abort etdirənləroin ümumi sayı 27892 nəfər olub. Bu rəqəm yalnız 2012-ci ilin göstəricisindən 3146 nəfər azdır. 

Belə ki, 2012-ci ildə 31038 nəfər süni şəkildə hamiləliyi yarımçıq dayandırıblar.

Dölün inkişafının vaxtından əvvəl dayandıranların 8958 nəfəri 25-29 yaş arası qadınlar olub. Abort etdirənlər arasında yenyetmələrin sayı da az deyil. Belə ki, 15-19 yaş arası abort etdirənlərin sayı 1147 nəfər olub. 

30-34 yaş arası qadınlar arasında da hamiləliyini yarımçıq dayandıranlar olub. Belə ki, bu göstərici digər illərə nisbətən daha yüksək həddə - 7849 nəfərə çatıb. 35 yaşdan yuxarı qadınlar arasında abortların sayı 228, 18-19-yaşlı qadınlar arasında isə 1059 nəfərə çatıb.

Qaynar.info