Xəbər lenti

Azərbaycanda ağır qəza: Ölən var
Ölkə05:57 26.02.2014

Azərbaycanda ağır qəza: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yük avtomobili ilə minik maşını toqquşub, minik maşınının sürücüsü və sərnişini yanaraq ölüb

Tovuz rayonunda dəhşətli yol qəzası baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Ayıblı kəndində “Ford” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Toqquşma nəticəsində yanğın baş verib, minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın kəşfiyyatı zamanı “Mercedes” avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info