Xəbər lenti

Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər
Texnologiya14:31 07.02.2022

Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın dövlət qurumları Türkiyənin "Akınсı” pilotsuz uçuş aparatları ilə maraqlanır. "Baykar" olaraq Azərbaycanda bu texnologiyanı inkişaf etdirmək üçün təşəbbüs həyata keçirmək istəyirik".
Qaynarinfo AzTV-yə istinadən xəbər verir ki, bunu "Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, "Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
Onun sözlərinə görə, sözügedən maraq bu texnogiyanın həm inkişaf etdirilməsi, həm də istehsalı ilə bağlıdır: "İnşallah Azərbaycanda da belə bir təşəbbüs həyata keçirmək istəyirik. Təşəbbüslərə dəstək verəcək strukturu qurmaq istəyirik”, - deyə o qeyd edib.