Xəbər lenti

Azərbaycanda ataları sevindirəcək xəbər (VİDEO)
Video 09:08 26.09.2025

Azərbaycanda ataları sevindirəcək xəbər (VİDEO)

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Bunun əsas səbəbi isə atalıq məzuniyyətinin mövcud qanunvericiliyə görə ödənişsiz olmasıdır.

Qaynarunfo Xəzər TV-yə istinadla xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın sözlərinə görə, ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək və əvvəlki kimi 14 iş günü olaraq qalacaq.

Millət vəkili bildirib ki, bu addım ölkədə ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin isə daha ədalətli bölüşdürülməsinə xidmət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->