Xəbər lenti

Azərbaycanda banklar tərəfindən dollar satışı azalıb - 3,5 dəfə
Ekonomiks18:57 11.01.2017

Azərbaycanda banklar tərəfindən dollar satışı azalıb - 3,5 dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2016-cı ilin noyabrında Azərbaycanda banklar 171,61 milyon dollar satıb.
Trend bu barədə Mərkəzi Bankın yaydığı hesabata istinadən məlumat verir.
Bununla da, dollar satışı oktyabr ayı ilə müqayisədə 32,4 faiz, 2015-ci ilin noyabrı ilə müqayisədə isə təxminən 3,5 dəfə azalıb.
Hesabatda qeyd olunub ki, 2016-cı ilin noyabrında banklar 122,07 milyon dollar əldə edib. Bu oktyabr ayı ilə müqayisədə 23,4 faiz, 2015-ci ilin noyabrı ilə müqayisədə isə 41,2 faiz azalıb.
Qaynarinfo.Az