Xəbər lenti

Azərbaycanda Belarus mədəniyyət günləri keçiriləcək
Ölkə18:46 24.05.2013

Azərbaycanda Belarus mədəniyyət günləri keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il iyunun 4-dən 7-dək Azərbaycanda Belarus Respublikasının mədəniyyət günləri keçiriləcək

Tədbir iki dövlət arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr olunur. Bu barədə APA Belarus Respublikasının Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Mədəniyyət günlərinin proqramında Belarus incəsənət ustalarının çıxışı, fotosərgi, Belarus bədii filmlərinin nümayişi nəzərdə tutulub.

Yaradıcı nümayəndə heyətinin tərkibində Belarus Respublikası prezidentinin İstedadlı gənclərə dəstək üzrə xüsusi fondunun təqaüdçüsü, estrada müğənnisi Günəş Abbasova, Belarusun “Svyata” Dövlət Xalq Musiqi Ansamblı, bir çox nüfuzlu beynəlxalq müsabiqələrin laureatı bayançı Vladislav Pliqovka, digər tanınmış ifaçılar var.

Belarus artistlərinin Bakıda, Mərdəkanda və Xaçmazda çıxışları planlaşdırılır.

Qaynar.info