Xəbər lenti

Azərbaycanda bir ildə neçə ixtira qeydə alınıb?
Ölkə19:18 08.05.2019

Azərbaycanda bir ildə neçə ixtira qeydə alınıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. 
Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1- i xarici hüquqi şəxslərə məxsusdur. 
Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, olardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.