Xəbər lenti

Azərbaycanda bir kənd yasa batdı
Ölkə09:08 30.07.2014

Azərbaycanda bir kənd yasa batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yevlax rayonunda dəhşətli yol qəzası baş verib.
Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bünyadabad kəndi ərazisində Tofiq Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.

Nəticədə T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəzaya avtomobilin sürət həddini aşması səbəb olub. Qəzada ölənlərin hamısı eyni kənddən olublar.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info