Xəbər lenti

Azərbaycanda bu evlər bərpa ediləcək
Ekonomiks 18:08 05.08.2025

Azərbaycanda bu evlər bərpa ediləcək

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş 21 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb.

Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı "Girdiman Group" MMC ilə müqavilə bağlayıb. Müqaviləyə əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->