"Çernobıl qəzasında əziyyət çəkənlərin mənzil məsələsi qısa müddətdə həll olunacaq".
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bugünkü iclasda deyib.
"İndiyə qədər məcburi köçkünlər və I-II Qarabağ müharibəsinin iştirakçılarının mənzillə təmin olunma məsələsi var idi. Artıq bu, bir il ərzində yekunlaşacaq. Bundan sonra sürətlə Çernobıl qəzasından əziyyət çəkmiş şəxslərin mənzillə təminatı işləri aparılacaq", - deyə deputat əlavə edib.//Teleqraf.az
Şərhlər