Xəbər lenti

Azərbaycanda bu teatrın adı dəyişdirildi
Sənət16:28 03.06.2015

Azərbaycanda bu teatrın adı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə və Ədliyyə nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının adını dəyişdirib.
"Report" xəbər verir ki, teatrın adında olan musiqili sözü çıxarılıb və bundan sonra Sumqayıt Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərəcək.
Mədəniyyət və Turizm Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qərarı baş nazir Artur Rasi-zadənin imzalayıb. 
Qaynar.info