Xəbər lenti

Azərbaycanda çempion ola bilmədi, gedib Rumıniyada bu sevinci yaşadı - FOTO
İdman09:00 03.05.2016

Azərbaycanda çempion ola bilmədi, gedib Rumıniyada bu sevinci yaşadı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Adrian Skarlatake Rumıniyada 2-ci dəfə çempion olub.

Qaynarinfo.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi 2007-ci ildə Buxarest "Dinamo"su ilə yaşadığı çempionluq sevincini dünən "Astra" komandası ilə də qeyd edib.

Belə ki, Rumıniya çempionatının ilk "6-lıq" matçlarının bitməsinə 1 tur qalmış II pillədəki "Styaua"nın "Panduriy"lə matçda xal itirməsi (1:1) lider "Astra"nın çempion olmasına səbəb olub. Curcu təmsilçisinə isə qızıl medallar dünən "Dinamo" üzərindəki 4:2 hesablı qələbədən sonra verilib.

Qeyd edək ki, Adrian Skarlatake 2011 və 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış etsə də, çempion ola bilməmişdi. O, bu qış "Xəzər Lənkəran"dan ayrılaraq "Astra" ilə 6 aylıq müqavilə bağlamışdı.

Qaynarinfo.az