Xəbər lenti

Azərbaycanda daha bir partiya özünü buraxdı
Siyasət10:54 22.06.2023

Azərbaycanda daha bir partiya özünü buraxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.
Qaynarinfo "Musavat"a istinadla xəbər verir ki, bu, Bədrəddin Quliyevin sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyasıdır.
Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib: "Biz bəyan edirik ki, Cümhuriyyət Xalq Partiyası siyasi və hüquqi fəaliyyətinə son qoysa da, üzvlərimiz dövlətçiliyimizin məkrli qüvvələrdən qorunması naminə ictimai aktivliyini davam etdirəcəkdir. Hər bir üzvümüzə bu şərəfli yolda uğurlar arzulayırıq".