Azərbaycanda dollara tələb kəskin şəkildə azalmağa başlayıb. Mərkəzi Bankın keçirdiyi hərracların nəticələri belə deməyə əsas verir. Səbəb nədir? Və dolların məzənnəsinə təsiri necə olacaq?
Bu durumu Xəzər TV-yə şərh edən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu gün ölkədə bu sahədə təklif tələbdən qat-qat çoxdur. Bunun da konkret səbəbi var. Belə ki, banklar hərraclarda dollar alışını kəskin azaldıb. Martın 28-də Mərkəzi Bankı tərəfindən keçirilən hərraca Dövlət Neft Fondu tərəfindən 100 milyon dollar çıxarılsa da, onun yalnız 500 mini, cəmi 3 banka satılıb.
Ekspertin fikrincə digər bir səbəb ölkədə dollarlaşma prosesinin səngiməyə başlamasıdır.
Digər bir tərəfdən ölkədə manat bazası azalıb. Mərkəzi Bankın məlumatına görə, son bir ildə bu sahədə düz 2 dəfə azalma müşahidə edilib. Hazırda manat bazası 5 mlrd. manatdan da azdır.