Xəbər lenti

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı (YENİLƏNİB)
Siyasət07:59 07.02.2024

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi 3-cü seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 77,97% olub.
Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami 2-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44,74% olub.
Qeyd edək ki, saat 17:00-a qədər respublika üzrə 4 590 075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.
16:20
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 71,25% olub.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami 2-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08% olub.
Qeyd edək ki, saat 15:00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60,54 faiz olub.
13:36
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 54,67% olub.
Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov 1-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.
Qeyd edək ki, prezident seçkisində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2 499 033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.
 11:59
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 28,50% (48 990 seçicidən 13 962 nəfər) olub.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54 953 seçicidən 6 438 nəfər) olub.
Qeyd edək ki, prezident seçkisində saat 10:00-dək olan seçici fəallığı 19,44% olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1 259 371 nəfəri səs verib.