Xəbər lenti

Azərbaycanda ər hamilə arvadını döydü: körpə öldü
Ölkə09:25 07.09.2013

Azərbaycanda ər hamilə arvadını döydü: körpə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda əri tərəfindən döyülən hamilə qadının bətnində olan körpə ölüb.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərinin “Quşçuluq” massivində qeydə alınıb.

Həmin ünvanda kirayə yaşayan 1989-cu il təvəllüdlü Şəhla Ağamoğlan qızı Quliyeva Abşeron Rayon Polis Şöbəsinə bu gün  ərizə ilə müraciət edərək, 15 gün öncə əri Rəşad İsmayılov tərəfindən döyülüb.

Polisdən həmçinin bildirib ki, Ş.Quliyeva hamilə olub və döyülmə nəticəsində bətnində olan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info