Xəbər lenti

Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq
Ekonomiks17:45 12.12.2016

Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda saat 18:00-dan sonra və qeyri-iş günləri valyuta mübadiləsi ilə bağlı problem həll oluna bilər.

Qaynarinfo.Az Trend-ə istinadən xəbər verir ki, "Silk Way" bankı avtomatik valyuta mübadiləsi terminallarının quraşdırılmasına başlayıb.

Hazırda ilk terminal test rejimində bankın baş ofisində işləyir. "Silk Way"-dən verilən məlumata görə, bu terminal vasitəsi ilə birdəfəyə yüz dollardan çox olmayaraq valyuta dəyişmək mümkündür. Bununla belə, yaxın zamanlarda terminal tam rejimdə çalışacaq və məhdudiyyət aradan qaldırılacaq. 

Qaynarinfo.Az