Xəbər lenti

Azərbaycanda günün ikinci partlayışı - Ölən və xəsarət alan var - YENİLƏNİB
Ölkə12:30 13.02.2014

Azərbaycanda günün ikinci partlayışı - Ölən və xəsarət alan var - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biləsuvar rayonunda güclü partlayış olub. 

Rayondan Qaynar.info-ya verilən məlumata görə rayonun "Heydər Əliyev prospekti"ndə Naxçıvan sakini Cəfərov Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "Kamaz" markalı maşın partlayıb. 

Partlayışın təsirindən maşın 10 metr göyə qalxaraq parçalanıb. 

***

Hadisə nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər  Biləsuvar rayon sakini, 1970 - ci il təvəllüdlü  Təzəxan Poladov isə  yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Hadisə zamanı ətrafdakı insanların vahiməyə düşdüyü bildirilir.

Qaynar.info