Xəbər lenti

Azərbaycanda hərbçi hərbçini güllələdi - İNSİDENT
Ölkə07:04 14.06.2014

Azərbaycanda hərbçi hərbçini güllələdi - İNSİDENT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda hərbçi xidmət yoldaşını yaralayıb.

APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların “N” saylı hərbi hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Allahverdi Quliyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib.
 
Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Z. Abdullayev yüngül xəsarət alıb, hazırda vəziyyəti normaldır.
 
Faktla bağlı araşdırma aparılır.

Qaynar.info