Xəbər lenti

Azərbaycanda idarə rəisi işdən çıxarıldı
Ölkə12:32 07.10.2018

Azərbaycanda idarə rəisi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda idarə rəisi tutduğu vəzifədən azad olunub.
Qaynarinfo sumqayitxeber.com-a istinadən xəbər verir ki,  "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Namiq Tarverdiyev tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Namiq Tarverdiyev bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Namiq Qorxmaz oğlu Tarverdiyev bundan öncə Yevlax rayon Qaz İstismarı Sahəsinin və Xəzər rayon Qaz İstismar Sahəsinin rəis əvəzi işləyib.
Hələlik idarə rəisinin yerinə təyinat yoxdur.