Xəbər lenti

Azərbaycanda iki general ehtiyata buraxıldı
Ölkə 15:38 04.07.2024

Azərbaycanda iki general ehtiyata buraxıldı

Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.

Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.

Qeyd edək ki, "Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə sərəncam ilə general-leytenant rütbəsi verilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->