Xəbər lenti

Azərbaycanda institut bağlandı
Ölkə20:21 20.02.2025

Azərbaycanda institut bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Oxu.az xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

Yığıncaqda institutun bağlanması barədə qərar səsə qoyularaq qəbul olunub.

İsa Həbibbəyli bildirib ki, institutun tarixlə məşğul olan üzvləri Tarix İnstitutunda, siyasət, sosiologiya ilə məşğul olan üzvləri isə Fəlsəfə İnstitutunda tədqiqatlarını davam etdirəcəklər.