Xəbər lenti

Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
Ekonomiks 11:19 07.08.2026

Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

Qaynarinfo xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.

İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.

Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->