Xəbər lenti

Azərbaycanda meşə yanğınları təhlükəsi yarandı (VİDEO)
Ölkə18:52 22.08.2024

Azərbaycanda meşə yanğınları təhlükəsi yarandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki gün ərzində havanın isti keçməsi yanğın təhlükəsi yarada bilər..

Xezerxeber.az xəbər verir ki, avqustun 22-23-də respublikanın bəzi bölgələrində kəskin isti hava şəraitinin olması proqnozlaşdırılır. İsti hava şəraitində isə bəzi yerlərdə, əsasən də meşə ərazilərində yanğın olması ehtimalı artır.

Təsərrüfatla məşğul olan şəxslərin sözlərinə görə, onlar hər ilin bu vaxtları müəyyən yollarla sahələri yanğından qoruyurlar.

Milli Hidrometeorologiya Xidməti vətəndaşları təbiətdə, xüsusən sıx meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizlik qaydalarına əməl edilməsində diqqətli olmağa çağırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.