Xəbər lenti

Azərbaycanda ömürlük məhbus ölüb
Ölkə14:57 05.03.2013

Azərbaycanda ömürlük məhbus ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində ölüm faktı qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 120.2.5 və 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrum edilmiş 1959-cu il təvəllüdlü İsa Bəylər oğlu Əliyev müəssisədə dünyasını dəyişib. İlkin ehtimala görə, 54 yaşlı məhbus xərçəng xəstəliyindən vəfat edib. Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib.

İ. Əliyev cəzasını Qobustan həbsxanasında çəkirmiş və bir neçə gün əvvəl müalicə müəssisəsinə köçürülüb.

Qaynar.info