Azərbaycanda 2004-2012-ci ilə müqayisədə şəhər və kənd yerlərində nəsilvermə əmsalı azalıb.
Qaynarinfo-ya Statistika Komitəsindən verilən məlumata görə, 2004-2012-ci illərdə nəsilvermə əmsalı şəhər yerlərində 2.1-2.2 faiz, kənd yerlərində 2,4-2.6 faiz nəzərəçarpacaq dərəcədə artıb.
2013-2015-ci illərdə bu göstərici bir qədər azalsa da, 2016-2021-ci ilin yanvar ayınadək nəsilvermə əmsalı nəzərəçarpacaq dərəcədə azalıb.
Sözügedən illər ərzində şəhər yerlərində bu əmsal 1,9-1,6 faiz, kənd yerlərində 2,2-1,8 faizə düşüb.
Ümumilikdə isə 1926-cı ildən bu günki tarixə qədər Azərbaycanda kənd yerlərində nəsilvermə əmsalı şəhər yerlərinə nisbətən yüksək olub.
Əhməd