Xəbər lenti

Azərbaycanda növbədənkənar prezident seçkilərinə Rusiyadan reaksiya
Siyasət14:02 08.02.2018

Azərbaycanda növbədənkənar prezident seçkilərinə Rusiyadan reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir”.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.
M. Zaxarova bildirib ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir: "Azərbaycan hökuməti də bunu artıq şərh edib”.